!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Media Reyestri ətrafındakı müzakirələr: "Belə çağırışlar ancaq düşmənlərimizin mənafeyinə xidmət edir"

!Reklam – Yazi

“Media haqqında qanun geniş müzakirələrdən sonra qəbul olunub və bu gün medianın azad fəaliyyəti üçün yeni imkanlar açır”.

Bu fikirləri media haqqında qanun və Media Reyestri ətrafında aparılan müzakirələr haqqında danışan deputat Azər Badamov Yenicag.az-a açıqlamasında səsləndirib.

Deputat bildirib ki, sözügedən kampaniyanı aparanların məqsədi Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqdır:

“Yeni qanuna görə, Media Reyestrinin yaradılması məsələsi aktualllaşmışdır. Media Reyestri jurnalist fəaliyyətinin rəsmiləşdirilməsini tələb edir . Burada hər hansı bir məhdudiyyət yaratmır. Amma xaricdən maliyyələşən bəzi dairələr Media Reyestrinin guya jurnalistlərin demokratrik fəaliyyətini məhdudlaşdılmasına xidmət etdiyini bildirirərək kampaniyaya başlayıblar. Hesab edirəm ki, bu kampaniyanın təşkilatçıları və iştirakçıları Azərbaycanda əldə olunmuş uğurlara və imicinə kölgə salmaq istəyirlər. Belə çağırışlar ancaq düşmənlərimizin mənafeyinə xidmət edir. Ölkəmizdə azad mətbuatın fəaliyyəti təmin olunur və heç bir məhdudiyyətlər tətbiq olunmur.  Biz hüquqi dövlətdə yaşayırıq və ona görə də media sahəsindəki münasibətlər də  qanun çərçivəsində tənzimləməlidir”.

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv