Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Medvedyev: "ABŞ-la müharibəyə bir addım qaldı"

Baş nazir sərt danışdı: “Tramp bütün qanunları pozur”

Rusiyanın baş naziri Dmitri Medvedyev, ABŞ-ın Suriya ordusuna məxsus hava bazasını vurmasından sonra çox sərt bir açıqlama verib.

“ABŞ-la müharibəyə bir addım qaldı” deyən Medvedyev: “Trampın Suriya hökuməti ilə qəzəbli bir şəkildə mübarizə aparacağı məlum oldu” – bildirib.

“Facebook” hesabından paylaşdığı mesajda Medvedyev, “Əsas düşmən İŞİD-ə qarşı ortaq mübarizə aparmaq əvəzinə Tramp, Suriyadakı qanuni hökumətlə qəzəbli bir şəkildə mübarizəyə başlayıb. Hücum beynəlxalq hüquq normaları pozularaq və BMT-nin razılığı olmadan həyata keçirilib. Həm də bu hərbi əməliyyat üçün ABŞ konqresinə də məlumat verilməyib” – deyib.

Rusiyanın baş naziri, ABŞ-ın bu hücumla Rusiya ilə müharibənin bir addımlığına gəldiyini də vurğulayıb.

Qeyd edək ki, ABŞ Aralıq dənizində olan hərbi gəmilərindən 59 “Tomahawk Cruise” raketləri ilə Şinsar və Əl-Şayrat hava bazalarını vurub. İdlibə kimyəvi hücum təşkil edən təyyarələrin istifadə etdiyi Şayrat hava bazası vurulub.(istipress)

Yeniçağ.az

www.yenicag.az

316