!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mehdiyevin kadrlarının yaratdığı UÇURUM - “Müstəqim Məmmədovun nə oyunlardan çıxdığı görünmür?” – Partiya sədri

“Bəzi icra başçıları ölkədə qarışıqlıq yaratmaqdan ötrü yığılmış bir zümrədir. Onların rüşvət alması, vətəndaşlarla normal davrana bilməməsi xalqla dövlət başçısı arasında baryer yardır”.

Bu sözləri Yenicag.az-da sosial şəbəkələrdə Tərtər rayon icra başçısı Müstəqim Məmmədovun vətəndaşların üzərinə qışqırması və onlarla kobud davranmasına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Hafiz Hacıyev bildirib ki, icra başçısı insititutu ləğv edilməlidir:

“Onların bir çoxu Ramiz Mehdiyevin kadrlarıdır. Müstəqim Məmmədov Gəncənin keçmiş icra başçısı, güllələnən Elmar Vəliyevin təqdimatı ilə vəzifəyə qoyulan adamdır. Müstəqim Məmmədovun çoxlu sayda villaları var. Bir soruşan lazımdır, onları hansı pullarla alıblar?

Sosial şəbəkələrdə yayılan videonu biz də izlədik. MMP-nin Tərtər rayon təşkilatının sədri bu barədə bizi məlumatlandırdı. İstər rayon təşkilatı, istər partiyanın özü bu barədə məsələ qaldırıb. Ancaq elə bil ki, bunların qulaqları kardı, onlara rəhbərlik edənlərin gözləri kordur. Prezident deyir ki, gedin, xalqın xidmətçisi olun, xalqın problemlərini həll edin. İcra başçıları isə xalqın yox, özlərinin, balalarının, saxladıqları xanımların problemlərini həll edirlər. Nə qədər icra başçıları həbs ediliblər. Ancaq digərlərinə görk olmur. Onlara nəzarət edilə bilinmir. Müstəqim Məmmədovun nə oyunlardan çıxdığı, özünü şah kimi apardığı görünmür?

Məsələ ondan ibarətdir ki, icra başçıları dövlətlə, xalq arasında uçurum yaradırlar. İcra başçılarının hərəkətlərinə görə xalq da deyir ki, özbaşınalıqdır. Bunların hamısı birinci şəxsə qarşı olan təxribatlardır. İcra başçıları sistemi ləğv edilməlidir. Prezident bir neçə il əvvəl dedi ki, rayonlara sərmayədarları cəlb edin. Gəlin görək, Müstəqim Məmmədov Tərtərə hansı sərmayədarı gətirib? Ancaq özünün milyonları var. Gənc kadrlar da qoyulur, onlar da, yeyinti ilə məşğuldur. Qubanın icra başçısının nələrlə məşğul olduğunu hər birimiz görürük. Düşünürəm ki, ciddi tədbirlər görülməlidir. Əgər belə davam etsə, millət çox qəzəblənəcək.

Müstəqim Məmmədov təcili həbs edilməlidir. Bir çox icra başçıları gözləri ilə, başları ilə, işarə ilə rüşvət alırlar.

Partiyanın Tərtər rayon təşkilatının sədri zəng elədi ki, camaat ayağa qalxıb ki, Müstəqim Məmmədovu daş-qalaq etsin. Dedim, camaatın qarşısına çıxın, erməni bizə baxır”.

www.yenicag.az

519
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100