!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məhəmməd bin Salman Amerika üçün rahat idarə olunan fiqurdur” – Politoloq

!Reklam – Yazi

“Hələlik, heç bir şahzadəyə açıq şəkildə meydan oxumur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Səudiyyə Ərəbistanında gedən son prosesləri dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

Onun fikrincə, Səudiyyə Ərəbistanında aparılan səs-küylü həbslər daha çox vəliəhd şahzadə Məhəmməd bin Salmanın hakimiyyət yolunun təmizlənməsi məqsədi daşıyır:

“Səudiyyə Krallığı yaradıldıqdan sonra hakimiyyətin kralın övladları tərəfindən yaş üzrə ardıcıllıqla bir-birinə ötürülməsi qərara alınmışdı. Bu baxımdan, şahzadələr 70-80 yaşında da hakimiyyət növbəsinin onlara çatmasını gözləyirdilər.

İndiki kral Salmanın yaşı 80-i keçib. Ondan sonra növbə gözləyən şahzadə isə 79 yaşındadır. Yəni köhnə varislik qaydasına uyğun olaraq, hakimiyyət növbəsi gözləyən şahzadələr ixtiyar çağındadırlar.

Ona görə də kral Salman varislik qaydasının dəyişdirilməsini qərara aldı və 31 yaşlı oğlu şahzadə Məhəmməd bin Salmanı vəliəhd elan etdi. Bin Salman xaricdə təhsil alıb, ingilisdilli ərəblərdəndir, ABŞ-la yaxındır və s. Amerika da onu daha çox idarə olunan məqbul fiqur kimi görür.

Ben Salman vəliəhd şahzadə olaraq, təşəbbüsü ələ götürdükdən sonra Yəmənə müdaxilə etmək, Qətərlə münasibətləri korlamaq, İranla münasibətləri müharibə həddinə çatdırmaq, Livanın baş nazirini girov götürmək və digər addımları ilə özünü sərt siyasətçi kimi tanıtdı.

Ben Salman öz mövqelərini möhkəmləndirmək üçün əmioğlularını – əvvəlki kralın övladlarını, həmçinin, dünyanın ən varlı adamlarından biri olan bin Təlalı da həbs etdirib. Düzdür, vəliəhd digər şahzadələri edam etməyib, onları beşulduzlu oteldə saxlayır, ancaq bu da ehtiyatlığın bir ifadəsidir.

Lakin heç kəs indidən deyə bilməz ki, şahzadə ben Salmanın başladığı bu proses sona qədər asan gedəcək. Düzdür, hələlik heç kim şahzadəyə açıq şəkildə meydan oxumur və ben Salman da indiki vəziyyətdə bacardığı qədər qabaqlayıcı tədbirlər görür. Başladığı işləri sona çatdıra biləcək, ya yox, bunu Allah bilir”.

A. Zeynalov

www.yenicag.az

3479
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv