Məhəmməd Əmin Rəsulzadə dəfn olunduğu Ankarada belə anıldı – VİDEO

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin vəfatının 65-ci ildönümü onun dəfn olunduğu Türkiyənin Ankara şəhərində qeyd olundu.

Yenicag.az ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin paylaşdığı qısa video çarxı təqdim edir.

“Bu dəfə mərasimdə Azərbaycan Kültür Dərnəyi ilə birlikdə M.Ə.Rəsulzadənin Ev Muzeyi İctimai Qrupunun üzvləri iştirak edirdi. Təəssüf ki, adam çox deyildi – amma keyfiyyət heç vaxt kəmiyyətlə ölçülə bilməz!

Fürsətdən istifadə edib başda Cəmil bəy Ünal olmaqla bütün Azərbaycan Kültür Dərnəyi, başda Solmaz xanım Tohidi-Rüstəmova olmaqla bütün M.Ə.Rəsulzadə Ev Muzeyi İctimai Qrupu və qəbri ziyarət edən digər şəxslərə təşəkkür edirəm!

Bilirəm ki, çoxlarınız orda olmaq istərdiniz, buna görə diqqətinizə qısa videoesse təqdim edirəm.

Allah Əmin bəyə və onun qəriblikdə və Vətən həsrəti ilə vəfat edən silahdaşlarına rəhmət eləsin!”

WISH YOU WERE HERE…

WISH YOU WERE HERE…AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN BANİSİ MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN VƏFATININ 65-Cİ İLDÖNÜMÜ ONUN DƏFN OLUNDUĞU TÜRKİYƏNİN ANKARA ŞƏHƏRİNDƏ QEYD OLUNDU. BU DƏFƏ MƏRASİMDƏ AZƏRBAYCAN KÜLTÜR DƏRNƏYİ İLƏ BİRLİKDƏ M.Ə. RƏSULZADƏNİN EV MUZEYİ İCTİMAİ QRUPUNUN ÜZVLƏRİ İŞTİRAK EDİRDİ. TƏƏSSÜF Kİ ADAM ÇOX DEYİLDİ – AMMA KEYFİYYƏT HEÇ VAXT KƏMİYYƏTLƏ ÖLÇÜLƏ BİLMƏZ!Fürsətdən istifadə edib başda Cəmil bəy Ünal olmaqla bütün Azərbaycan Kültür Dərnəyi, başda Solmaz xanım Tohidi-Rüstəmova olmaqla bütün M.Ə. Rəsulzadə Ev Muzeyi İctimai Qrupu və qəbri ziyarət edən digər ŞƏXSLƏRƏ təşəkkür edirəm!Bilirəm ki, çoxlarınız orda olmaq istərdiniz, buna görə diqqətinizə qısa videoesse təqdim edirəm.Allah Əmin bəyə və onun qəriblikdə və Vətən həsrəti ilə vəfat edən silahdaşlarına rəhmət eləsin!

Gepostet von Vahid Mustafa Yev am Freitag, 6. März 2020

COP29