Məhkəmə bu gün Vidadi Mustafayevlə bağlı qərar verəcək

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Yekaterinburqda Şahin Şıxlinskinin həbsindən sonra “Ural azərbaycanlılarının yeni lideri” Vidadi Mustafayev də iki gün öncə saxlanılıb.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, V.Mustafayevin onlayn şəkildə məhkəməsi başlayıb. 

Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə (İri miqyasda dələduzluq) cinayət işinin açılması tələb edilib.

Bu gün Verx-İsetski Məhkəməsi saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçəcək.

Mustafayev müflis elan edilmiş “Renessans” Fondunun prezidentidir. Müstəntiqlər hesab edirlər ki, o, son altı ay ərzində cinayət yolu ilə əldə edilən gəlirlə dolanırmış.

İş üzrə zərərçəkmiş şəxs Mustafayevin uçuş, Moskva və digər şəhərlərdə qalması və digər xərclərini ödədiyini bildirib.

Onun şəxsiyyətinə dair arayışlar iş materiallarına əlavə edilib, lakin sənədlərin daxil edilməsi tələbi təmin edilməyib. Vəkil iddia edir ki, iş üzrə zərərçəkmiş şəxs özü də dələduzdur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa