!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məhkəmə vəkil barəsində axtarış qərarı verdi - FOTO

!Reklam – Yazi

Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan iclaslarda təqsirləndirilən Sümbülə Əliyeva iştirak etməyib.

Məhkəmənin çağırışlarına gəlməyən Sümbülə Əliyeva haqqında qiyabi həbs qərarı çıxarılıb. O, axtarışa verilib.

Qeyd edək ki, təqsirləndirilən vəkil bir neçə ay öncə məhkəməyə göndərdiyi məktubda səhhətində problemlər olduğunu, bu üzdən gələ bilmədiyini göstərib.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib.

Cinayət işi üzrə zərərin 100 min manatdan çox olduğu bildirilib.

İstintaq orqanı tərəfindən Sünbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb./Teleqraf.com

 

COP29

www.yenicag.az

152
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv