!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məhkəmədən bəraət alan şəxs yenidən həbs edildi

!Reklam – Yazi

Külli miqdarda dələduzluqda ittiham olunan, daha sonra məhkəmə tərəfindən bəraət alan şəxs yenidən həbs edilib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alan Vüqar Elşad oğlu Məhərrəmov barəsində prokurorun verdiyi prostestə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun protesti haqlı hesab edilərək təmin edilib.

Belə ki, Vüqar Məhərrəmovla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilən bəraət hökmü ləğv edilib. Yeni hökm ilə V. Məhərrəmov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, V.Məhərrəmov 92 min manat dələduzluq etməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunur.

COP29

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv