Məhkuma xurmanın içərisində narkotik ötürməyə cəhd etdilər

media-hightechnic-468x90

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 4 ədəd xurmanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə 0,730 qram qurudulmuş marixuana və 1,112 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa