Məhkumlar işlə təmin olunacaq
Məhkumların əməyə cəlb olunmaları istiqamətində tədbirlər.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti İctimaiyyətlə əlaqələr şöbəsindən verdilən məlumata görə, tərəfindən məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Bu məqsədlə 10 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində müasir tələblərə uyğun istixana istifadəyə verilib.
Yeni təşkil olunmuş istehsalat sahəsi 20 nəfərədək məhkumun əməyə cəlb edilməsinə şərait yaradacaq.(anspress.com)