Ləğv olunan banklardakı əmanətlərin statistikası açıqlanıb
“Azərbaycanda ləğv olunan 19 bankda ümumilikdə 2 milyard 364 milyon 255 min manat əmanət olub”.
Yenicag.az istinadən xebır verir ki Oxu.az-in Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri Əmanətlərin Sığortalanması Fondunun Maliyyə departamentinin direktor müavini Aygün Balıyeva “Milli Mətbuat Günü: dialoq və əməkdaşlıq forumu”nda deyib.
O bildirib ki, sözügüdən banklardakı əmanətçilərin sayı isə 651 768 nəfər olub:
“Əmanətçilərdən 63 888 nəfərə ödəniş edilib. Əmanətlərin 1 milyard 761 milyon 564 min manatı qorunan idi. Həmin məbləğin 1 milyard 729 milyon 887 min manatı əmanətçilərə ödənilib ki, bu da 98% təşkil edir.
Əmanətçilərin ümumi sayı yüksək görünsə də, ödəniş alanların sayı nisbətən azdır. Bunun əsas səbəbi həmin 518 min əmanətçinin hesabında cəmi bir manat və ya daha az vəsaitin olmasıdır”.













