Azərbaycandan Bolqarıstana təbii qaz ixracının həcmi məlum oldu

media-hightechnic-468x90

Bu ilin yanvar-may aylarında Azərbaycandan Bolqarıstana 186,087 milyon ABŞ dolları dəyərində 4,018 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.

Ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə Azərbaycandan sözügedən ölkəyə təbii qaz (qaz halında) ixracı dəyər ifadəsində 71,2 milyon ABŞ dolları və ya 27,7 %, həcm ifadəsində isə 105,6 milyon kubmetr və ya 15,3 % azalıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan 8 ölkəyə 3,343 milyard ABŞ dolları dəyərində 10,381 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 489,8 milyon ABŞ dolları və ya 12,8 % az, həcm baxımından isə 110,2 milyon kubmetr və ya 1,1 % çoxdur.

Bundan başqa, 2026-cı ilin ilk beş ayında Azərbaycan cəmisi bir ölkədən – İran İslam Respublikasından 12,476 milyon ABŞ dolları dəyərində 185,380 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya və Türkmənistandan 30,1 milyon ABŞ dolları dəyərində 195,6 milyon kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17,6 milyon ABŞ dolları və ya 2,4 dəfə, həcm baxımından isə 10,3 milyon kubmetr və yaxud 5,2 % azalıb.

Xatırladaq ki, daha əvvəl SOCAR-ın Balkanlar üzrə regional ofisinin rəhbəri Murad Heydərov Trend-ə eksklüziv müsahibəsində bildirmişdi ki, Bolqarıstan şirkətin regiondakı fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq qalır. Onun sözlərinə görə, 2025-ci ildə SOCAR qaz təchizatı və sərhədlərarası nəqliyyat sahəsində fəaliyyətini, eləcə də qaz infrastrukturunun inkişafı üzrə layihələrin icrasını davam etdirib.

“Azərbaycan Qaz Təchizatı Şirkəti (Azerbaijan Gas Supply Company, AGSC) və SOCAR tərəfindən 2025-ci ildə Bolqarıstana qaz tədarükünün ümumi həcmi 2 milyard kubmetrə yaxın olub ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisə oluna bilər. Gələcək tədarük dinamikası Bolqarıstan bazarındakı tələbdən və şirkətin regional qaz portfelinin inkişafından asılı olacaq.

Hibrid qazlaşdırma layihəsi çərçivəsində, yəni Bulgartransgaz şəbəkəsinə qoşulmayan ərazilərə sıxılmış təbii qazın çatdırılması üzrə 2025-ci ildə 46 sənaye və 5 sosial istehlakçıya qaz verilib. Layihə üzrə ümumi tədarük həcmi təxminən 80 milyon kubmetr qaz təşkil edib”, – deyə o qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05