Mehman Hüseynov anası dəfn edildi – FOTO – Yenicag.Az

Reklam

Reklam

Həbsdə olan bloger Mehman Hüseynov anasının dəfn mərasimində iştirak etmək üçün cəzaçəkmə müəssisəsindən müvəqqəti azadlığa buraxılıb.

Yenicag.az xəbər verir ki, hazırda Mehman Hüseynov Qaraçuxur qəsəbəsində yerləşən mənzilindədir. O, bildirib ki, hələ ki cəzaçəkmə müəssisəsinə nə zaman qaytarılacağı ilə bağlı ona məlumat verilməyib.

M. Hüseynov söyləyib ki, bu işlə onun vəkilləri məşğul olurlar.

Daha sonra mərhum Firəngiz Hüseynova dəfn edilib. Dəfn mərasimində partiya sədrləri, müxalifət camiəsinə aid olan gənc fəallar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər iştirak ediblər.

Mərhumun böyük oğlu, QHT rəhbəri Emin Hüseynli isə hazırda İsveçrədə mühacirətdədir./Musavat.com/

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2495
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."