Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mehriban Əliyeva Bəhram Bağırzadədən yazdı: "İnanıram ki, sağalacaq..."

Bilirəm ki, bir çox soydaşımız bu günlərdə Bəhramın sağalması üçün dua edirlər. Uca Tanrıdan ona güc və xəstəliyə qalib gəlməsinə yardımçı olmasını diləyirəm. Həkimlər onu xilas etmək üçün əllərindən gələni əsirgəmirlər. Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq və biz birgə layihələrimiz və ideyalarımız üzərində işimizə davam edəcəyik. Tanrı xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun. Yaxınlarına və doğmalarına güc və səbr versin.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva öz “Facebook” səhifəsində yazıb.

“Həkimlərimizə və bütün tibb işçilərimizə minnətdaram və onlara sonsuz təşəkkürümü bildirirəm. Hər kəsdən bu xəstəliyin ciddiliyini və təhlükəsini dərk etməsini xahiş edirəm. Özünüzü, doğmalarınızı, yaxınlarınızı qoruyun. Uca Allah hamıya cansağlığı nəsib etsin” – M.Əliyeva qeyd edib.

Loading...

www.yenicag.az

686
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100