!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mehriban Əliyevanın göndərdiyi yardım Türkiyənin zəlzələ bölgəsinə çatdı - FOTO / VİDEO

!Reklam – Yazi

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədi ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib.

Yenicag.az-ın Qaziantepə ezam olunan əməkdaşı xəbər verir ki, faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla, tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıran xüsusi təyyarə bu gün Türkiyəyə eniş edib. Türkiyəyə ezam edilən Fond əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdırıb.

Baş verən faciədə vəfat edənlərə başsağlığı verən Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov bildirib ki, faciənin ilk dəqiqələrindən Azərbaycan qardaş Türkiyəyə dəstək verib: “Bundan sonra da Azərbaycanın Türkiyəyə dəstəyi və yardımı davam edəcək”.

Videogörüntünü təqdim edirik

Natiq Çıraqzadə

www.yenicag.az

568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv