!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mehriban Əliyevanın Moskva səfəri - Rusiya ictimaiyyəti üçün Azərbaycanla Ermənistan arasında müqayisə imkanı

!Reklam – Yazi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya paytaxtına səfəri iki ölkə arasında münasibətlərin mövcud səviyyəsini nümayiş etdirməklə yanaşı, qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanlarından maksimum yararlanmaq niyyətinin birbaşa göstəricisidir.

Mehriban Əliyevanın Moskvada yüksək səviyyədə qarşılanması, Rusiyanın baş naziri Dmitri Medvedev və başqa dövlət rəsmiləri ilə keçirdiyi görüşlərdə aparılan faydalı müzakirələr iki ölkənin əməkdaşlıq potensialından səmərəli istifadə üçün yeni praktik addımların atılacağına qəti əminlik yaradır.

Lakin Azərbaycanın Birinci vitse-prezidentinin Moskva səfəri yalnız rəsmi şəxslərlə müzakirələrin aparılması ilə məhdudlaşmayıb. Mehriban Əliyevanın Moskvada naməlum əsgərin məzarını ziyarət etməsi və oraya əklil qoyması Azərbaycanın yaxın keçmişə dayanan ortaq tariximizə, Böyük Vətən Müharibəsində faşizmə qarşı birgə mübarizəmizə və o mübarizədə həlak olan insanların xatirəsinə daim ehtiramla yanaşması faktının Rusiya ictimai rəyinə uğurla ötürülməsidir.

Eyni zamanda, bu ziyarət Azərbaycanda Böyük Vətən Müharibəsinə münasibətin, həmçinin o müharibənin iştirakçılarına və ailələrinə dövlət qayğısının bu gün də davam etdirilməsinin bu mövzuda həssaslığı yüksək olan Rusiya ictimaiyyətində doğurduğu müsbət reaksiyanı təsəvvür etmək çətin deyil.

Mehriban Əliyevanın Moskvada naməlum əsgərin məzarını ziyarət etməsi işğalçı Ermənistanda faşistlərlə əməkdaşlıq etmiş “xadim”lərin qəhrəmanlaşdırılması fonunda çox əhəmiyyətli addım kimi qiymətləndirilir.

Bu sırada İrəvanda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın əsas təşkilatçılarından biri olan Qaregin Njdyə abidə ucaltmaları xüsusi xatırlanır və Ermənistanda faşist əlaltılarına dövlət səviyyəsində göstərilən “ehtiram”ı ön plana çıxarır. Əlbəttə, bununla Rusiya ictimaiyyəti 20 milyondan artıq sovet vətəndaşının həlak olması ilə nəticələnmiş Böyük Vətən Müharibəsinə Azərbaycanın və Ermənistanın münasibəti arasında müqayisə apardıqda, yüksək bəşəri dəyərlərə hansı ölkənin sadiq qaldığını aydın görəcək.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskva səfəri çərçivəsində “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Gimnastika Federasiyasının prezidentin İrina Viner-Usmanovanın Gimnastika Mərkəzinə baş çəkməsi xüsusi qeyd olunmalıdır. Təsadüfi deyil ki, məhz Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik etməsindən sonra ölkəmiz bu idman növündə çox böyük nailiyyətlərə imza atıb.

Gimnastlarımız son illərdə Dünya və Avropa çempionatlarında, o cümlədən, nüfuzlu beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer tutmaqdadırlar. Bundan başqa, Bakıda gimnastika üzrə Dünya və Avropa çempionatlarının, müxtəlif turnirlərin təşkili Azərbaycanın idman ölkəsi imicini daha da möhkəmləndirib.

Amma təbii ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfərinin əsas konteksti Azərbaycan-Rusiya münasibətlərinin dərinləşdirilməsi, iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın daha da genişləndirilməsidir. Moskvada keçirilən görüşlər və aparılan müzakirələr Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səfərinin maksimum məhsuldar alınacağına, qarşıya qoyulan məqsədlərə nail olunacağına tam əminlik yaradır.

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv