!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məhsul bol, qiymət BAHA: Çörəyin qiyməti UCUZLAŞACAQMI? - AÇIQLAMA

!Reklam – Yazi

“2 il bundan qabaq apardığım araşdırmada Azərbaycanda istehsal olunan buğda ilə idxal edilən buğda üst-ütsə gələndə hər bir adam guya gün ərzində 5 çörək yeyir”.

Bunu Azərbaycanda taxıl sahələrindən 1 milyon tondan çox məhsul yığımının bazarda çörəyin qiymətinə təsirini şərh edərkən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Yenicag.az-a açıqlamasında deyib.

O, zavod çörəyinin qiymətində 5 qəpik ucuzlaşmanın müşahidə edildiyini bildirib:

“İl yarımdır ki, dünyada taxılın qiyməti təqribən 40-50% aşağı enib. Rusiyadan 400-450 dollara idxal etdiyimiz buğda indi 200-250 dollara bərabərdir. Bu da ölkəmizdə zavod çörəyinin qiymətində təxminən 5 qəpik ucuzlaşmaya səbəb olub. Məsələn, 70 qəpiklik zavod çörəyini indi 65 qəpiyə almaq olar. Yəni dünya bazarında çörəyə sərf olunan sərmayə 50% enəndə bizdə bu məhsulun qiyməti 5 qəpik ucuzlaşır.

Hazırda Azərbaycanda 500 qramlıq çörəyin maya dəyəri 25-30, satış dəyəri isə 65 qəpikdir. Əslində, çörəyin qiymətinin ucuzlaşması üçün bu gün də lazım olan əsaslar var. Bunun üçün ilk növbədə bazarda rəqabət mühitini təmin etmək lazımdır. Ölkədə inhisarçılıq olduğu müddətcə, nə qiymət ucuzlaşmasını, nə də məhsulun keyfiyyətində artımı müşahidə edəcəyik. Azərbaycanda son 20 ildə yerli buğda əhalinin 40%-nin tələbatını təmin edəcək səviyyədə deyil. Hökümət statistika ilə manipulyasiyalar edir. Məsələn, 2 il bundan qabaq apardığım araşdırmada Azərbaycanda istehsal olunan buğda ilə idxal edilən buğda üst-ütsə gələndə hər bir adamın guya gün ərzində 5 çörək yediyi məlum olur. Bu, təbii ki, şişirdilmiş rəqəmlərin nəticəsidir”.

Sadiq Cavadov

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv