Məktəb direktorları və müavinlərinin maaşları ARTIRILDI

media-hightechnic-468x90

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin direktorlarının və müavinlərinin maaşları artırılıb.

Yenicag.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manat müəyyənləşib.

Qərarla “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” də yeni redaksiyada təsdiq edilib.
Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600