Rusiyanın Çelyabinsk şəhərində bir məktəbdə şagird çəkiclə şagirdlərə və müəllimlərə hücum edib.
Yenicag.az xəbər verir ki, bu barədə Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler sentyabrın 16-da özünün Telegram kanalında məlumat yayıb.
Qubernator hadisə zamanı yaralananlar olduğunu yazıb. “Yaralılar xəstəxanaya yerləşdirilib və bütün lazımi tibbi yardım göstərilir”, – deyə o qeyd edib.
Teksler vəziyyəti şəxsi nəzarətinə götürdüyünü bildirib. Region rəhbəri qeyd edib ki, hadisə yerində hüquq-mühafizə orqanları, şəhər icra başçısı, Uşaq Hüquqları üzrə Müvəkkil işləyir, araşdırma aparılır.
“Əsas sual, şagirdin çəkici məktəbə necə gətirməsidir. Təhlükəsizlik niyə cavab verməyib? Mən hüquq-mühafizə orqanlarına, Təhsil Nazirliyinə, şəhər rəhbərliyinə və Uşaq Hüquqları üzrə Müvəkkilə vəziyyəti hərtərəfli başa düşməyi tapşırdım”, – nəşr yazır. Teksler bütün təhsil təşkilatlarında yoxlamaların aparılmasını da göstəriş verib.
İsmayıl Bakuvi
www.yenicag.az