!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəbdəki problemi ictimailəşdirən müəllim təhdid edilir - ÇIXIŞ YOLU / AÇIQLAMA

!Reklam – Yazi

Sosial şəbəkədə işlədiyi məktəbdə olan tualet problemini ictimailəşdirən İmişli rayon Yusif Sadatxanov adına Aranlı kənd orta məktəbinin müəllimi Leyla Nəcəfquliyeva müdafiəçilərinə müraciət edərək bildirib ki, onu həbs etmək istəyirlər. Leyla Nəcəfquliyeva bu üzdən onunla bağlı paylaşımlara ara verilməsini, müdafiə xarakterli çıxışların dayandırılmasını xahiş edib.

Mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, sözügedən məktəb bərbad gündədir:

“Aranlı kəndində “Aranlı 1” və “Aranlı 2″ adlı iki məktəb var. Məktəbin biri yeni inşa edilib və şagirdlər orada təhsil alırlar. Elm və Təhsil Nazirliyinin nümayəndəsi bildirib ki, 2023-cü il üçün Aranlı kəndində yeni məktəb tikiləcək. Müəllimənin problemi qabartması isə öz şagirdlərinə bir müəllim yox, valideyn kimi yanaşmasından irəli gəlib. Çünki birinci sinif şagirdlərinə dərs keçir və hisslərini cilovlaya bilməyərək məlum videonu çəkib.

Bütün hallarda Leyla müəllimənin problemi qabartmasından sonra Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilir ki, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq. Əgər Leyla müəllimə təhdidlərə məruz qalırsa, bunu mütləq şəkildə rayon təhsil şöbəsinə və hüquq-mühafizə orqanlarına bildirməlidir”.

Gülşən Şərif

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv