Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Məktəbli oğlan qohumuna 8 bıçaq zərbəsi vurdu

Biləsuvar rayonunda məktəbli oğlan qohumuna səkkiz bıçaq zərbəsi vurub.

Yenicag.az xəbər verir ki, hadisə martın 9-u gecə saatlarında rayonun Nəsimi kəndində baş verib. 2001-ci il təvəllüdlü şagird şəxsi münasibətlər zəminində qohumu, 1982-ci il təvəllüdlü Qarayev Nadir Qəfər oğlunun kürəyindən 8 bıçaq zərbəsi vurub. Yaralı N.Qarayev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən məktəbli şübhəli şəxs qismində tutulub./Qafqazinfo/

www.yenicag.az

818