!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məlahət Qurbanova: "Məsələyə hüquqi qiymət verilməlidir"

!Reklam – Yazi

“Məlahət” MMC nin direktoru, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova Criminal.az saytının baş redaktoru Anar Məmmədov barəsində məhkəməyə müraciət etməsi ilə bağlı məsələyə münasibət bildirib.

Yenicag.az Məlahət Qurbanovanın KİV nümayəndələrinə və ictimayyət nümayəndələrinə müraciətini olduğu kimi təqdim edir:

Mənim barəmdə baş redaktoru olduğu saytda təhqir və böhtan dolu materaillar yaydığı üçün hüquqlarımın müdafiəsi məqsədi ilə Criminal.az saytının baş redaktoru Anar Məmmədov barəsində məhkəməyə müraciət etmişəm. Çünki dəfələrlə bəyan etdiyim kimi mən “Məlahət MMC” şirkətinin direktoruyam və bu şirkətin daxilində bir sıra müəssisələr fəaliyyət göstərməkdədir. Lakin Anar Məmmədov məqsədli və sifarişli formada barəmdə yaydığı xəbərlərdə adımın qarşısında israrlı şəkildə “Lombard Məlahət” ifadəsini işlətməklə məni təhqir etmiş, işgüzar və ictimai nüfuzumu zədələmişdir. Məhkəməyə müraciət etmədən öncə dəfələrlə ona müraciət edərək, barəmdə yaydığı xəbərlərdə ad soyadımdam istifadə etməli olduğu diqqətinə çatdırılmışdır. Lakin, Anar Məmmədov bu müraciətlərimizə məhəl qoymadan, “Lombard Məlahət” ifadəsini işlətməklə məni təhqir etməyə, işgüzar və ictimai nüfuzumu zədələməyə davam etmişdir.

Bütün bunlardan sonra mən hüquqi dövlətin vətəndaşı olaraq, pozulmuş hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etmə məcburiyyətində qalmışam. Mən Anar Məmmədovla bağlı bəyanat yayan jurnalistlərin bir həmkar kimi dəstəklərini başa düşürəm. Amma eyni zamanda onlara bir sualla müraciət etmək istəyirəm: Mənim çoxsaylı xoşniyyətli müraciətlərimi nəzərə almayan, məni təhqir edib və böhtan atmaqda davam edən bir şəxsə münasibətdə necə addım atmalıydım? Pozulan hüquqlarımın bərpası üçün məhkəməyə, qanunun aliliyinə baş vurmağım ən sivil və demokratik yol deyilmi?!

Bütün məhkəmə prosesi dövründə Anar Məmmədov barəmdə yalan və həqiqətəuyğun olmayan ittihamlar səsləndirməkdə davam edib. Qeyd etmək istəyirəm ki, məm 3 dəfə Ağdam rayon Məhkəməsində keçirilən məhkəmə prosesində şəxsən iştirak etmişəm. Ancaq Anar Məmmədov müxtəlif səbəb və bəhanələrlə proseslərdə iştirakdan yayınıb.

Anar Məmmədov mənim qanunla qorunan hüquqlarımı müdafiə etmək üçün məhkəməyə etditim müraciəti qərəzli şəkildə hökumətin sifarişi və ya planı kimi təqdim etməyə çalışır. Birmənalı qaydada qeyd etmək istəyirəm ki, bu bir Azərbaycan vətəndaşı, qadını, iş adamı və ictimaiyyət nümayəndəsi olaraq mənim öz haqlarımı qorumaq üçün atdığım müstəqil addımdır. Anar Məmmədov və tərəfadlarının bu qəbildən olan açıqlamaları məhkəmənin obyektivliyinə olan təzyiqdən başqa bir şey deyil.

Bildirmək istəyirəm ki, A.Məmmədovun məhkəmə prosesindən sonra guya onunla barışıq üçün müraciət etdiyimlə bağlı iddiaları tamamilə cəfəngiyyatdır. O özü müxtəlif şəxsləri “elçi” salmaqla barışıq istəsə də, biz imtina etmişik. Hesab edirik ki, məsələyə hüquqi qiymət verilməlidir.

Bildirmək istəyirəm ki, mən bir iş qadını olmaqla yanaşı, aktiv ictimai fəaliyyətlə məşğulam. Azərbaycan-Kərkük Mədəniyyət və Həmrəylik Mərkəzinin sədri, Qazax Xeyriyyə Cəmiyyətinin İdarə heyətinin üzvü yəm. Ölkəmizdə və xaricdə Azərbaycan həqiqətlərinin təbliği, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyrqımının tanıdılması istiqamətində bir çox tədbirlərin təşkilatçısı və iştirakçısıyam. Bütün fəaliyyətim boyu media ilə yaxından əməkdaşlıq etmiş, jurnalistlərin əməyinə böyük hörmət və ehtiramla yanaşmışam.

Son olaraq qeyd etmək isləyirəm ki, Anar Məmmədovla bağlı məhkəməyə müraciətimin səbəbi yuxarıda qeyd qetdiyim kimi, yalnız təhqir və böhtana məruz qaldığım üçündür. Mən öz hüquqlarımı qorumaq məqsədi ilə qanuni qaydada məhkəməyə müraciət etmişəm. Bir daha bütün dəyərli KİV nümayəndələrini bu mövzuda obyektiv olmağa dəvət edir, mənimlə bağlı xəbərləri şəxsən özümlə dəqiqləşdirmələrini xahiş edirəm.

Hörmətlə,
Məlahət Qurbanova
“Məlahət” MMC-nin direktoru
Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri

www.yenicag.az

1830
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv