Qazaxıstan Senatının (parlament – red.) sədri Maulen Aşımbayev Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktauda qəzaya uğramasına münasibət bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb.
O qeyd edib ki, təyyarə qəzasının araşdırılmasına Qazaxıstan, Azərbaycan və Rusiyanın müvafiq strukturlarının nümayəndələri cəlb olunub: “Mütəxəssislərimiz bu ölkələrin nümayəndələri ilə birgə işləyirlər. Bir fotoşəkildən dərhal hər hansı bir nəticə çıxarmaq, bunun hansısa hərəkətlərin nəticəsi və sair adlandırmaq fərziyyədir. Bunlar əsassız ifadələrdir, bu cür qiymətləndirmənin yayılması yanlış və qeyri-etikdir. Bu, ilk növbədə, müəyyən insanların özləri üçün müəyyən dividendlər qazanmaq və özləri üçün nəsə, o cümlədən baxışlar əldə etmək istədiklərinin göstəricisidir. Komissiya, mütəxəssislər işləyir, ekspertlər hər şeyə baxır, nəticə çıxaracaqlar. Nə Azərbaycan, nə Rusiya, nə də Qazaxıstan məlumatları gizlətməkdə maraqlı deyil”.
www.yenicag.az