Abşeron rayonu, Məmmədli kəndinin ərazisində antisanitar vəziyyət hökm sürür.
Sakinlər nə evlərinin pencərəsini aça bilir, nə də ki, həyətə düşə bilirlər.
Yenicag.az-ın Xezerxeber.az-a istunadən məlumatına görə, sakinlər bildirilər ki, ərazidə yaranan antisanitar vəziyyət onları evlərində oturmağa qoymur.
Günün əsasən axşam saatlarında naməlum şəxslər tərəfindən əraziyə tullantılar atılır.
Sakinlərin sözlərinə görə, müxtəlif şirkətlər tərəfindən atılan tullantılarla bağlı dəfələrlə rəsmi qurumlara müraciət ünvanlanıb. Ancaq heç bir tədbir görən olmayıb.
Mövcud məsələ ilə bağlı Məmmədli kənd bələdiyyəsindən “Xəzər Xəbər”ə bildirilib ki, sakinlərin şikayəti əsasında toplanmış foto və video faktlar aktlaşdırılaraq aidiyyəti üzrə yönləndirilib. Rəsmi müraciət olunub və ərazinin daim nəzarətdə saxlanılması təmin edilib. Problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi nəzərdə tutulub.
Daha ətraflı videoda:
www.yenicag.az