“Mənim ilk addımım” layihəsinin təlimləri baş tutdu – FOTOLAR

media-hightechnic-468x90

Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi fərdi qrant müsabiqəsi çərçivəsində layihənin təlimləri baş tutub.

Yenicag.az xəbər verir ki, ilk təlim Bakı şəhərində Məmməd Rahim adına 7 nömrəli orta məktəbdə keçirilib.

Layihə gələcəkdə gənclərin məşğulluğunun inkişaf etdirilməsi məqsədilə peşə hazırlığı, peşəyönümü üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, məlumatlılıqlarının artırılması, onların sosial müdafiəsini nəzərdə tutur.

Layihə çərçivəsində müxtəlif metodik tövsiyələrdən istifadə edilməklə aparılan peşə məsləhətləri peşəyönümü işinin ən vacib tərkib hissələrindən olmaqla gənclərin gələcəkdə həyatda layiqli yerlərini tutmalarına xidmət edir.

Layihə çərçivəsində 2 təlim keçiriləcək və 100-ə yaxın məktəbli təlimlərə cəlb olunacaq. Təlimdə 50-dən çox məktəbli könüllü şəkildə müraciət edərək iştirak edib.

Sonra iki təlimçinin təlimləri baş tutub. Təlim məktəblilər tərəfindən çox maraqla qarşılanıb. Sonda təlim iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib. Daha sonra məktəblilər çay süfrəsinə qonaq edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa