“Mənim PR-ım” adlı tədbir keçirildi
Yenicag.az xəbər verir ki, fevralın 8-də “Fabrika Coworking Center”-da “Gənclərə Dayaq və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Mənim PR-ım” adlı təlim keçirildi.
Təlimdən öncə çıxış edən “Gənclərə Dayaq və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Sabir Babazadə görülən işlər haqqında qısa məlumat verdi. Daha sonra təlimçi Azər İsmayılov tərəfindən Təqdimat, PR və Marketingin, SMM-in fərdə tətbiqi, Taktikalar və s. mövzularda ətraflı məlumat verildi. Təlimdə iştirak edən 100-ə yaxın gənc tədbirin sonunda onları maraqlandıran suallara cavab tapdılar. Bağlanış mərasimini edən “Gənclərə Dayaq və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Sabir Babazadə və İdarə heyətinin üzvləri Pərviz Əfəndizadə, Vasif Hüseynzadə təşkilatın gələcək planları haqqında məlumat verib və bir sıra məqamlara aydınlıq gətirdilər.