"Mənim vaxtım var, İranın yoxdur!" - Trampın atəşkəs oyununun gizli PƏRDƏARXASI

media-hightechnic-468x90

“Qeyri-müəyyən dövrə təxirə salınan atəşkəs ABŞ-a və İsrailə istənilən an hərbi əməliyyatları bərpa etmək imkanı verir”.

media-banner_tkm

Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı bildirib.

media-murteza_1-1

Politoloq qeyri-müəyyən vaxta qədər uzadılan atəşkəsin hansı dövlətə daha çox xeyir verdiyini və atəşkəsin müddətinin açıqlanmamasının səbəblərini izah edib:

“ABŞ və İran arasında atəşkəsin qeyri-müəyyən vaxtadək uzadılmasında məqsəd Tehrana qarşı çoxşaxəli blokada, sanksiya və hərbi-psixoloji təzyiq mexanizmləri tətbiq etməklə onun müqavimətini daha da zəiflətməkdir. Tramp hesab edir ki, Tehran nə qədər zəifləsə və müttəfiqlərindən lazımi dəstəyi ala bilməzsə, o zaman istədiyi şərtlər daxilində razılaşma əldə edə bilər.

Bunun üçün Trampın bəyanatlarına diqqət yetirmək kifayətdir: “Mən İranla yaxşı bir razılaşma əldə etmək istəyirəm və bunu indi də edə bilərəm. Reabilitasiyası 20 il çəkəcək zərbə endirə bilərəm, amma mən bunu etmək istəmirəm”.

Trampın həmçinin “Zaman İranın əleyhinə işləyir”, “Hörmüz boğazını bağlı saxlayan mənəm, boğaz tam nəzarətimizdədir, çünki İranın gündə 500 milyon qazanmasını istəmirəm”, “İranın donanması dənizin dibindədir” kimi fikirləri bunun bariz nümunəsidir. Bu baxımdan, atəşkəsin uzadılması ilk baxışda diplomatik jest kimi görünə bilər. Əslində isə bu, klassik güc siyasətinin ən incə və təsirli alətlərindən biri olan “qeyri-müəyyənlik” taktikasıdır. Tarixi bəlli olmayan atəşkəs “açıq qapı” deyil, istənilən an bağlana bilən qapıdır”.

“Bu atəşkəs dövrü İranın, yoxsa Amerikanın xeyrinə işləyir?” sualına isə politoloq belə cavab verib:

“Bu, birmənalı olaraq İranın ziyanınadır. Donald Tramp bunu açıq deyir: “Mənim vaxtım var, İranın yoxdur”. Bu cümlə sadəcə ritorika deyil, həm də Trampın İranı razılaşmaya vadar etmək strategiyasının tərkib hissəsidir. Strategiyanın əsas mahiyyəti müharibəni tam dayandırmaq yox, əksinə, fasilə adı altında blokada, təcrid və diplomatik təzyiqlərlə İranı boğub zəif duruma salmaqdır.

Qeyri-müəyyən dövrə təxirə salınan atəşkəs ABŞ və İsrailə hərbi əməliyyatları bərpa etmək üçün vaxt qazandırır. İran isə bu müddət ərzində daim hərbi-psixoloji təzyiq altında saxlanılır ki, bu da nəticə etibarilə danışıqlar masasında Vaşinqtonun üstün mövqeyini təmin edir”.

Mürtəza Bünyadlı qeyedib ki, prosesdən zərər görən təkcə rəsmi Tehran olmayacaq:

“Hörmüz boğazının bağlı saxlanılması təkcə Tehrana deyil, həm də onun müttəfiqlərinə yönəlmiş təzyiqdir. Tramp bu yolla İran iqtisadiyyatına ağır zərbə vurmaq, dövlət büdcəsini daraltmaq və əhali arasında sosial narazılıq yaratmaq niyyətindədir. Yəni bu gün İran üçün əsas təhlükə bombalar deyil əsas təhlükə inflyasiya, işsizlik və beynəlxalq təcriddir. İran cəmiyyətində yığılan bu daxili təzyiq hərbi zərbədən daha dağıdıcı ola bilər”.

Politoloq Amerikanın müttəfiqi olan İsrailin də bu vəziyyətdən maksimum yararlanacağını vurğulayıb:

“Artıq müharibənin digər tərəfi olan İsrail bununla bağlı ciddi mesajlar verib. Müdafiə naziri İsrael Katzın son açıqlaması bunun sübutudur. Yəni hərbi ssenari masa üzərində qalır. İsrail ABŞ-dan İranın enerji və elektrik infrastrukturunu hədəf almaq, ölkəni “qaranlıq dövrlərə” qaytarmaq üçün “yaşıl işıq” gözləyir. Katz bildirib ki, İsrail İrana qarşı mübarizəni bərpa etməyə hazırdır və bu hücum ‘ölümcül və fərqli’ olacaq.

Odur ki, əgər razılaşma əldə edilməsə, Trampın bu qeyri-müəyyən atəşkəs rejimi sadəcə “uyğun anı” hazırlamaq üçün qazandığı vaxtdır. Nəticə olaraq deyə bilərik ki, baş verənlər sülhdən çox uzaqdır bu, idarə olunan zəiflətmə mərhələsidir. Bu oyunda atəşkəs son deyil, sadəcə fasilədir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05