!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mənsimov "Palmarina"nı geri alır - İş adamı Bodrumda kiminlə ortaq olacaq?

!Reklam – Yazi

Azərbaycanlı iş adamı Mübariz Mənsimov yenidən meydanlara dönür. Yenicag.az xəbər verir ki, məşhur iş adamı Bodrum Yalıkavakda tikdirdiyi, şəhərin incisi sayılan “Palmarina”nı geri alır. Bir neçə il öncə bu istirahət mərkəzi adı açıqlanmayan azərbaycanlı qrupa satılmışdı.

Yenicag.az xəbər verir ki, bu barədə “Habertürk”ə açıqlama verən Mənsimov, “İşlədə bilmədilər. Görünən odur ki, boylarından böyük işə girişiblər. Bu qədər bacarıqsız çıxacaqlarını təxmin etmirdim. Bu yalnışı mən etdim, mən də düzəldəcəyəm. Bu ilin sonundan etibarən bütün yalnışlar düzəldiləcək” söyləyib.

Mənsimovun düzəldəcəyinə söz verdiyi yanlışlara gəlincə, qəzet müştərinin Bodrumdan qaçmasını, qiymətlərin yunan adalarından üç dəfə baha, xidmətin isə Mənsimov dönəmi ilə nisbətdə bərbad olması, iki mindən çox ağacın kəsilməsi və başqa səbəblər göstərilir.

Eyni zamanda Palmali şefinin yaxın dostu, iş adamı, “Beşiktaş” Klubunun prezidenti Fikrət Ormanla Bodrumda yeni proyekt üçün birlikdə hərəkətə keçdikləri bildirilir. Mənsimov bu xəbəri də təsdiqləyib.

www.yenicag.az

1131
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv