!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mənsum İbrahimov: “Doğum günümdə bundan böyük xoşbəxtlik ola bilməz”

!Reklam – Yazi

“Artıq bir xanəndə olaraq Ağdamda, Şuşada və digər azad olunmuş tarixi torpaqlarımızda musiqilərimizi səsləndiririk. Doğum günümdə bundan böyük xoşbəxtlik ola bilməz”.

Bunu tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov doğum günü təəssüratlarını Yenicag.az-la bölüşərkən deyib.

Xanəndə torpaq həsrətinə son qoyulduğu üçün xoşbəxt olduğunu bildirib:

“30 il həsrət qaldığımız Qarabağ torpağını artıq qaytardıq. Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Ordumuz tarix yazaraq qalibiyyət qazandı. Zəfər çalmış millətik. Hər il doğum günümdə içimdə bir nisgil olurdu. Çünki arzularım var idi, doğum günümü tarixi Qarabağ torpaqlarında qeyd etmək istəyirdim. Artıq o həsrətə son qoyulub. Çox sevincli və qürurluyam.

Eyni zamanda şəhidlərimiz var. Qardaşımın oğlu da şəhid olub. Onun və digər şəhidlərin ili çıxmadığı üçün doğum günümü təmtəraqlı şəkildə qeyd etməyəcəm. Evdə, ailəm, övladllarım və nəvələrimlə birgə məhdud çərçivədə qeyd edəcəyik. Xalqıma gözaydınlığı verirəm ki, artıq torpaqlarımızda azad gəzə bilirik”.

Cəvahir

www.yenicag.az

569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv