!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mənzil bazarında AJİOTAJ: Bakıda bu evlər kütləvi satışa çıxarıldı – VİDEO

!Reklam – Yazi

Bakıda köhnə beşmərtəbəli binalardakı mənzillərin kütləvi satışa çıxarılması müşahidə olunmaqdadır.

İnsanlar arasında “Xruşşovka” kimi tanınan və sovet dövründən qalmış keçmiş beşmərtəbəli binalardakı mənzillərin kütləvi satışının son günlər çoxaldığı qeyd olunur.

Ekspertlərin fikrincə, digər mənzillərə nisbətən hündürlüyü və sahəsi daha kiçik olan bu evlər adətən, alıcılar tərəfindən çox da rəğbət görmür. Lakin buna baxmayaraq, bir sıra mütəxəssislər mənzil bazarındakı sözügedən tendensiyanı köhnə binaların tezliklə söküləcəyi xəbəri ilə əlaqələndirirlər.

Yenicag.az-la söhbətində əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev söyləyib ki, 2016-cı ildən başlayaraq, Bakıda istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının, eləcə də fərdi yaşayış massivlərinin söküntülərinə start verilib.

Onun sözlərinə görə, bu günə qədər onlarla köhnə çoxmənzilli binalar sökülərək, yeni tipli binalarla əvəzlənib.

Daha ətraflı videomaterialı təqdim edirik:

Rəfi Müslümov
Samir Məcidov

www.yenicag.az

1578
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv