!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Məqsədimiz Qarabağın qalan hissəsini də geri qaytarmaqdır" - Zərdüşt Əlizadə / VİDEO

!Reklam – Yazi

“Ermənistandakı Rusiya hərbi bazasının genişləndirilməsinin Azərbaycana heç bir təsiri yoxdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistandakı Rusiya hərbi bazasının genişləndirilməsi məqsədilə Nikol Paşinyanın Moskvaya nümayəndə heyəti göndərməsinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə səsləndirib.

Zərdüşt Əlizadə Rusiya qoşunlarının Azərbaycan-Ermənistan sərhədini qoruyacağını qeyd edib:

“Gümrüdəki hərbi bazanın 44 günlük müharibədə hər hansı bir təsiri oldumu? Xeyr, olmadı.

Türkiyə-Ermənistan sərhədini Rusiya qoşunları qoruyurdu, bundan sonra Azərbaycan-Ermənistan sərhədini də rus qoşunları qoruyacaq. Qorusun da, bizə nə dəxli var?! Biz Ermənistandan torpaq istəmirik, müharibə aparmaq fikrində deyilik, Qarabağı qaytarmışıq. İndi bizim milli məqsədimiz Qarabağın Azərbaycan nəzarətində olmayan 25 fazini də tədricən, addım-addım, qansız-qadasız qaytarmaqdır.

Ermənistanla da münasibətlərimiz gələcəkdə yalnız mehriban qonşuluq münasibətləri olacaq. Qaçılmaz faktdır ki, Ermənistan Türkiyə ilə də münasibətləri normallaşdıracaq. Bir daha deyim ki, rus hərbi bazasının bizə dəxli yoxdur. Bu, Rusiya-Ermənistan arasındakı münasibətlərin göstəricisidir”.

Aqil Bəkir

www.yenicag.az

564
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv