Mer Qarabağda minaya düşdü

media-hightechnic-468x90

hErmənistanın Armavir şəhərinin meri bu gün Azərbaycanın işğal altındakı ərazilərində minaya düşüb.

Mer Ruben Xlqatyanın “Villis” markalı avtomobili işğal altındakı Laçın rayonunun şimal hissəsində tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində mer yaralanıb, onun Aram adlı sürücüsü yerindəcə ölüb.

Maşındakı daha iki nəfərin ağır yaralandığı və onların Xlqatyanla birlikdə vertolyotla İrəvana aparıldığı bildirilir. Ermənistanın səhiyyə naziri yaralıların təcili olaraq İrəvandakı “Erebuni” tibb mərkəzinə çatdırılması üçün bütün zəruri tədbirlərin görüldüyünü deyib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600