Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Meral Akşenerdən Ordumuza DƏSTƏK: “Ürəyimiz və dualarımız Azərbaycan əsgərləriylədir”

Reklam: High Technic

“Qardaş Azərbaycanın cəsur ordusunun işğal altındakı torpaqlarda zəfər yürüşü davam edir”.

Yenicag.az xəbər verir ki, bu sözləri İYİ Partiyanın sədri Meral Akşener Türkiyə Böyük Millət Məclisində (TBMM) partiyanın fraksiya toplantısındakı çıxışı zamanı deyib.

Akşener bir daha qeyd edib ki, Türkiyə Qarabağ danışıqlarında mütləq masada olmalıdır:

“Sözlərimin əvvəlində bir müqəddəs ordunu salamlamaq istəyirəm. Qardaş Azərbaycanın cəsur ordusunun işğal altındakı torpaqlarda zəfər yürüşü davam edir. Ürəyimiz və dualarımzı onlarladır.

Prosesin tam əvvəlindən “Türkiyə qurulacaq bütün masalarda yer almalıdır”, – dedik. Bunu dilə gətirdiyimiz üçün bizə demədikləri qalmayan “hovuz şərhçiləri” Putin həmin fikirləri söylədiyi zaman “tut yemiş bülbül”ə dönürlər. Ancaq mövqeyimizin dünya liderləri tərəfindən qəbul edilməsindən də məmnunuq.

Allah türkün ordusunu müzəffər etsin. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa nəsib etsin. Bu müqəddəs yolda ayaqları daşa dəyməsin”.

Aqil Bəkir

www.yenicag.az

190