!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mərhum aktyorla bağlı ŞOK GİZLİNLƏR: "Buna görə evlənmirdi" - Əməkdar artist

!Reklam – Yazi

“Anası, atası, doğmaları da o xəstəlikdən həyatlarını itirmişdilər. O da həyatını elə qəfildən itirdi”.

Bunu Əməkdar artist Nahidə Orucova bu gün doğum günü olan mərhum aktyor, Əməkdar artist Elçin Həmidovla bağlı xatirələrini bölüşərkən deyib.

Aktrisa sənət dostu ilə bağlı ürək parçalayan faktlar açıqlayıb:

“Onun ölümü ilə hələ də barışa bilmirəm. Həyatı çox acınacaqlı oldu. Həmişə mənimlə dərdləşirdi, məndən heç nə gizlətmirdi. Deyəndə ki, Elçin, niyə evlənmirsən, ailən, uşağın olsun. Deyirdi, onsuz da tez rəhmətə gedəcəm, niyə xalqın qızını alıb bədbəxt edim? Ürəyinə dammışdı. Həmişə deyirdi ki, atam-anam 50 yaşda dünyasını dəyişib, mənim də həyatım onlar kimi olacaq. Valideynləri də yüksək qan təzyiqindən dünyalarını dəyişmişdi. Özü də 50 yaşında. Çalışırdım, onu bu qara fikirdən uzaqlaşdırım. Danlayırdım ki, ay Elçin, bəsdir həyatını proqramlaşdırdın, pozitiv düşün, çıxar beynindən bu qara fikirləri. Öz fikrindən dönmürdü. Bir dəfə sevinə-sevinə mənə dedi ki, Nahidə, 52 yaşım odu, o baryeri artıq keçdim. Amma, sən demə, fələk öz işini görəcəkdi. Elə gördü də… Həmin o müdhiş günü xatırlamaq belə mənə ağırdır. Elçin o gün teatra məşqə gəlməliydi, amma nə qədər gözləyiblər, gəlib çıxmayıb. Hərdən ona zəng edəndə zarafatla götürmürdü. Fikirləşdik ki, yəqin, özü telefona cavab vermir. Hərə bir tərəfdən yığdı, amma hər kəs başa düşdü ki, Elçinin başında iş var. Aktrisamız Kübra xanım onun evinə yaxın yaşayırdı, birinci o getdi ki, görsün, nə baş verib ki, Elçin telefonu açmır. Elçinin ölümündən sonra orada-burada söz-söhbət gəzdi ki, guya iki-üç gün əvvəl keçinib, heç kimin xəbəri olmayıb, yalan sözdür. Elə həmin axşam yüksək təzyiq səbəbindən yıxılıb, həyatını itirmişdi. Onsuz çox ağırdır. Çox dostcanlı insan idi. Doğum günümə birinci o gələrdi. Onun yoxluğundan sonra heç doğum günümü də qeyd etmirəm”.

Cəvahir

www.yenicag.az

14376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv