!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sənət dostu Elçin Həmidov barədə: "Ölümündən bir gün əvvəl..."

!Reklam – Yazi

“Elçin çox qapalı insan idi, sirlərini heç kimlə bölüşməzdi. Mənə inandığı üçün ürəyini açırdı. Dediyinə görə nəsillikcə beyinlə bağlı xəstəlikləri vardı, anası, bacısı, qardaşı 40-50 yaşlarında qəfildən dünyalarını dəyişmişdilər”.

Uzun illər onunla Musiqili Komediya Teatrında bərabər çalışan sənət dostu, əməkdar artist Novruz Qartal mərhum aktyor Elçin Həmidovun doğum günündə xatirələrini Yenicag.az-la bölüşərkən belə deyib:

“İrsi olduğu üçün, Elçində də “tutma”lar olurdu. Belə olanda, çox pis vəziyyətə düşürdü. Dərhal həkim çağırırdıq, ondan sonra özünə gəlirdi. Hətta bir dəfə İranda qastrol səfərində olarkən, halı pisləşdi, həkimlər ömrünə 6 ay vaxt qaldığını dedilər. Tapşırdılar ki, müalicə olunmalısan, yoxsa, həyatın təhlükə altında olacaq. Səhhətinə biganə yanaşdı. Ölümündən bir gün əvvəl,
“Hərənin öz ulduzu” tamaşasında oynayacaqdıq. Məşqə gəlmədi, dedik, yəqin axşama gələr. Tamaşaya da gəlmədi, evinə getdim. Həyətdə mühafizəçidən onu xəbər aldım, axırıncı dəfə onu bir gün əvvəl gördüyünü dedi. Evə qalxdım, qapısının zəngini nə qədər basdım, açmadı. Polisə xəbər verdik, pəncərəni sındırıb içəri girdilər. Gördük ki, yataq otağında yıxılıb. Gecədən dünyasını dəyişibmiş yəqin, televizor da, işıqlar da yanırdı. Çox gözəl insan və istedadlı aktyor idi. Bu gün də onun teatrda yeri görünür”.

Cəvahir

COP29

www.yenicag.az

2625
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv