Merkel görüşdən narazı qaldı

media-hightechnic-468x90

81411Almaniya kansleri Anqela Merkel Fransa prezidenti Fransua Olandla birlikdə Rusiya prezidenti Vladimir Putinlə keçirdikləri görüşün uğur əldə olunmasına gətirib çıxaracağından əmin deyil.

Yenicag.az anspress-ə istinadən bildirir ki, bunu Merkel özü Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Mənim fikrimə və Fransa prezidentinin fikrincə, cəhd etməyə dəyər. Bu, ən azından, Ukrayna münaqişəsinin təsir etdiyi insanlar qarşısında bizim borcumuzdur. Ukraynadakı vəziyyətin hərbi yollarla həlli qeyri-mümkündür və Minsk razılaşması həyata keçirilməlidir”, – deyə Almaniya kansleri Anqela Merkel deyib.

Almaniya kansleri həmçinin vurğulayıb ki, Avropada təhlükəsizliyin Rusiya əleyhinə deyil, Rusiya ilə birlikdə bərqərar edilməsini istəyir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600