!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Merkel Türkiyəyə səfər edəcək

!Reklam – Yazi

Almaniya kansleri Angela Merkel Türkiyəyə səfər edəcək.

Yenicag.az xəbər verir ki, səfərin fevral ayının əvvəllərində baş tutacağı gözlənilir.

Məlumata əsasən Merkelin gündəliyinə mühacir böhranının həlli, regional problemlər, terrorçuluqla mübarizədə işbirliyi və iqtisadi mövzular daxildir. Onun səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşləri planlaşdırılır.

Qeyd edək ki, bu ilin sentyabr ayında dördüncü dəfə Almaniya kansleri seçilməsi gözlənilən Angela Merkelin gündəmində mühacir böhranın həlli üçün işbirliyi xüsusi yer tutur.

Merkel mühacir böhranının yalnız Türkiyə ilə işbirliyi çərçivəsində çözülməsinin mümkünlüyünü bildirərək seçki öncəsi bu uğurlarını ictimaiyyətə göstərməyə çalışır.

Yenicag.az

www.yenicag.az

563
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv