Merkel və Obama Rusiyaya qarşı birləşdilər
Minsk atəşkəs sazişi tam yerinə yetirilənə və Rusiya qonşusunun suverenliyinə hörmət edənədək Rusiyaya qarşı iqtisadi sanksiyalar qalmalıdır.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel söyləyiblər.
Liderlər iyunun 7-də Bavariyada Böyük Yeddiliyin illik sammitindən öncə görüşüblər. A.Merkel deyib ki, Moskva Ukraynadakı hərəkətlərinə görə indilik G7-nin “dəyərlər icması”ndan kənarda dayanmalıdır.
Xatırladaq ki, ötən il Rusiya Krımı ilhaq edəndən Birləşmiş Ştatlar və Avropa müttəfiqləri Rusiyaya qarışı iqtisadi sanksiyalar tətbiq edib.Bu ilin fevralında Minskdə əldə olunmuş atəşkəs sazişinin məqsədi Ukraynanın şərqində döyüşlərə son verməkdir.