Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Merkeldən daha bir saymamazlıq: Kralın qarşısına başıaçıq çıxdı - Foto

Səudiyyə Ərəbistanında səfərdə olan Almaniyanın federal kansleri Angela Merkel bu ölkənin geyim qaydalarını pozub.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanına səfərə gedən Almaniyanın federal kansleri Angela Merkelin kral Salman bin Əbduləziz tərəfindən qəbul zamanı başını örtməməsi yeni qalmaqala səbəb olub.

Məlumata görə, krala kanslerin görüşündə İŞİD-lə mübarizə, Suriyadakı vəziyyət, Səudiyyə Ərəbistanının Yəməndəki proseslərdə iştirakı və başqa məsələlər müzakirə olunub.

Merkelin səfər çərçivəsində Səudiyyə Ərəbistanının qeyri-hökumət təşkilatları ilə görüşü də nəzərdə tutulub.
Qeyd olunur ki, Merkelin Səudiyyə Ərəbistanına səfəri iyul ayında Hamburqda keçiriləcək G20 Sammitinə hazırlıq çərçivəsində baş tutub.

Xatırladaq ki, Merkel qadınların hicab məcburiyyəti olan bir ölkədə başını örtməməklə ikinci analoji nümunəyə imza atıb. Böyük Britaniyanın baş naziri Tereza Mey də aprelin 4-də Səuddiyyə Ərəbistanına səfəri zamanı şalvar və uzunqol geyimdə olsa da, başını örtməmişdi.

Yeniçağ.Az

Loading...

www.yenicag.az

509