Reklam

Reklam

Almaniyanın federal kansleri Angel Merkel son günlərdə ölkəsi ilə Türkiyə arasında münasibətlərin gərginləşməsinə münasibət bildirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniyanın federal kansleri Angela Merkel Türkiyə ilə güclü bağlılıqlarının olduğunu deyib.

“Türkiyə mühüm tərəfdaşımızdır, ancaq nasist müqayisəsi təəssüf doğurur. Nasist dönəminə yönələn açıqlamalara son qoyulmalıdır”.

Kansler son dövrlərdə Almaniya ilə Türkiyə arasında fikirayrılıqlarının hiss olunduğunu da gizlətməyib. Merkel Türkiyədə terrorçu PKK-nı təbliğ etdiyinə görə həbs olunan “Die Welt” nəşrinin müxbiri Deniz Yüceli azadlığa buraxmağa çağırıb. Türkiyə ilə bağlılıqlarının güclü olduğunu xatırladan Merkel əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 57
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."