!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mərkəzi Bankın faiz artımı QƏRARI: “Bazarın mövcud təzyiqlərinə baxmayaraq...”

!Reklam – Yazi

“Pul-maliyyə siyasətində sertləşdirməyə gedilməsi də yaranmış vəziyyətdən çıxışa hesablanmış qərardır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyə Mərkəzi Bankının (TCMB) faiz dərəcəsini 27 ay sabit saxlanılan 8,5-dən 15-ə qaldırmasına dair qərarını şərtləndirən səbəblərdən danışan iqtisadiyyat elmləri üzrə doktor Filiz Əryılmaz “A Haber” kanalına canlı müsahibəsində deyib.

İqtisadçının sözlərinə görə, Mərkəzi Bankın qarşıdakı yaxın müddətdə faiz dərəcəsini yenidən artırması istisna edilmir:

“Açığı, Mərkəzi Bankın faiz dərəcəsini təqribən iki dəfə artıraraq on beş faizə çatdırması mənim üçün gözlənilməz oldu. Ümumiyyətlə, cəmiyyətə ötürülən son mesajlarda faiz dərəcəsinin on beş-iyirmi faizə yüksəldilməsi çox real görünürdü.
Eyni zamanda, bazar da Mərkəzi Bankın faizlə bağlı hansı qərarı qəbul edəcəyini gözləyirdi.

Deyə bilərəm ki, bu qərar mövcud inflyasiya şəraitində yetərincə əsaslandırılmış bir addımdır. O cümlədən pul-maliyyə siyasətində sərtləşdirməyə gedilməsi də yaranmış vəziyyətdən çıxışa hesablanmış qərardır. Bildiyiniz kimi, bu qərarın qəbulundan əvvəl bazarın Mərkəzi Banka ciddi təzyiqləri vardı. Ancaq bu təzyiqlərə baxmayaraq, faiz dərəcəsi hələlik yalnız on beş həddinə qədər artırıldı.

Fikrimcə, Mərkəzi Bank faizlərlə əlaqədar yeni addım atmazdan əvvəl bu qərarın bazar təsirini qiymətləndirəcək və əlindəki informasiyalara əsaslanaraq növbəti qərarını hazırlayacaq. Yəni faiz artımı davam etdiriləcəksə, növbəti rəqəm əldəki məlumatların analizindən sonra müəyyənləşəcək.

Düzdür, bazar faizlərin daha yüksək həddə çatdırılmasını istəyir. Ancaq Mərkəzi Bankın rəhbərliyi bunun anonsunu verərək özünü bəyan edəcəyi vədin girovuna çevirmək niyyətində deyil. Hər halda, bu qərarın nəticəsini görmək üçün zamana ehtiyac var”.

A.Zeynalov

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv