!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mərkəzi Xəstəxananın şöbə müdirini avtomobil vurdu

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə bu gün axşam saat 18:30 radələrində İsmayıllı şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Rayon sakini, 1966-cı il təvəllüdlü Ağamirzəyev Fazil Səməd oğlu idarə etdiyi “10-LZ-067” dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə yol kənarındakı piyada səkisində hərəkət edən iki nəfəri – İsmayıllı rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri, 1975-ci il təvəllüdlü Abbasov Elçin Şahsuvar oğlunu və qohumu, 1981-ci il təvəllüdlü Əzizov Rövşən Aydın oğlunu vurub. Yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./Unikal/

www.yenicag.az

196
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100