Merts Almaniyanın Hörmüzün açılmasında iştirak etməyə hazır olduğunu təsdiqlədi

media-hightechnic-468x90

Almaniya Kansleri Fridrix Merts müəyyən şərtlər daxilində ölkəsinin Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsində, o cümlədən hərbi vasitələrin cəlb olunması ilə iştirak etməyə hazır olduğunu yenidən bəyan edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Merts bunu Berlində Portuqaliyanın Baş naziri Luiş Monteneqru ilə birgə mətbuat konfransında bildirib.

“Müvafiq şərtlər olduqda Almaniya dəniz yollarının azadlığının təmin edilməsində, o cümlədən hərbi vasitələrin köməyi ilə iştirak etməyə hazırdır”, – o deyib.

Bununla belə, kansler Almaniyanın ilk gəmisinin Aralıq dənizinə göndərildiyini və onun sonradan Hörmüz boğazına yenidən dislokasiya oluna biləcəyini təsdiqləyib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05