Mertsdən Trampla bağlı etiraf - Avropalı tərəfdaşlarının xoşuna gəlməyəcək
Almaniya Kansleri Fridrix Merts hesab edir ki, hazırda Avropada ABŞ Prezidenti Donald Tramp ilə yalnız o və NATO Baş katibi Mark Rütte normal ünsiyyət qura bilir.
Yenicag.az xəbər verir ki, kansler bu fikri Berlində Almaniya Banklarının Federal Assosiasiyasının illik qəbulunda çıxışı zamanı səsləndirib.
“Görünür, hazırda mən və Mark Rütte onunla nisbətən etibarlı və yaxşı danışa bilən yeganə şəxslərik. Digərləri, hansısa səbəbdən, yəqin ki, onunla daha çox problem yaşayırlar”, – Merts bildirib.
O vurğulayıb ki, Almaniya hökumətinin başçısı istənilən ABŞ Prezidenti ilə ortaq dil tapmağa çalışmalıdır.
Merts qeyd edib ki, qapalı qapılar arxasında Tramp ilə söhbət ictimaiyyət qarşısındakından qat-qat yaxşı keçir. “Lakin yenə də tam yaxşı deyil. Sadəcə mürəkkəbdir”, – o etiraf edib.













