Məscidlərdə matəm mərasimi keçiriləcək

media-hightechnic-468x90

ghj8Ərbəin – İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü münasibətilə Azərbaycan məscidlərində matəm mərasimi keçiriləcək.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən verilən məlumata görə, mərasim paytaxtda və şimal bölgəsinin bəzi məscidləri istisna olmaqla, bütün bölgələrdəki məscidlərdə keçiriləcək. Mərasimlərdə Kərbəla hadisələrinin tarixi mahiyyəti, Vətən, iman sevgisi, torpağa bağlılıq təlqin olunacaq. Məclislərdə Kərbəla şəhidlərinin şəninə xütbələr oxunacaq, Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi yad ediləcək.

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan müsəlmanlarına İmam Hüseyn (ə) təziyəsi ilə bağlı başsağlığı verir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa