Meşədə yanğın hadisəsi baş verdi
Sibir Federal Dairəsinin ərazisində 1994 hektar ərazini əhatə edən 9 meşə yanğını baş verib.
Bu barədə Rusiya Meşə Təsərrüfatı Departamenti məlumat yayıb.
Məlumata görə, Zabaykalyedə 1970 hektar ərazini əhatə edən 5, Buryatiyada 3, Tuvada isə 1 meşə yanğını qeydə alınıb. Tuva və Zabaykalyedə 4 meşə yanğını söndürülüb. Sutka ərzində isə Sibir Federal Dairəsində 871 hektar ərazini əhatə edən 17 meşə yanğınının qarşısı alınıb.
Yanğının söndürülməsi üçün 173 meşə mühafizəsi mütəxəssisi, yanğınsöndürən-desant, 28 yanğınsöndürmə texnikası, o cümlədən 6 hava bortu cəlb olunub.
Yanğın baş verən vilayətlərdə fövqəladə vəziyyət elan olunub.
Xatırladaq ki, bir müddət əvvəl ukraynalı bloggerlər Rusiyada qatı meşə zolaqlarının, həmçinin tez alışan torf örtüklərinin sürətlə alovlanacağını, yanğından irəli gələn boğucu tüstü qatının iri şəhərləri, meqapolisləri bürüyəcəyini bildirmişdilər. Rusiyanın Krımı işğal etməsi və Ukrayna ərazisinə hücumuna görə, Qərb meşə yanğınlarına görə, heç bir yardım göndərməyəcəyini bəyan etmişdi.