Məşhur brendin vitse-prezidenti Bakıdadır

media-hightechnic-468x90

32647Yaranma tarixi 180 ilə çatan, məhşur İsveçrə brendi “Longines”in dünyanın 130-dan artıq ölkələrində ticarət nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycan bazarına bu brend 1998-ci ildə gətirilib. 2009-cu ildə paytaxt Bakıda “Longines” saat monobrend butiki fəaliyyətə başlayıb.

Dünyanın 130-dan artıq ölkəsində fəaliyyət göstərən “Longines” şirkətinin vitse-prezidenti Juan Karlos Kapelli Bakıya gəlib. Azərbaycana ilk dəfə 7-8 il öncə səfər edən Juan Karlos ölkəmizin bu illər ərzində xeyli dəyişdiyini və inkişaf etdiyini deyir. Bakını çox bəyənən vitse-prezident VMF şirkəti ilə əməkdaşlığından da danışdı:

“Biz uzun müddətdir VMF-lə əməkdaşlıq edirik və ümüdvaram ki, bu işbirliyimiz davamlı olacaq. Mən 7-8 il öncə Bakıda olanda bu butik yox idi, hələ tikilməmişdi. Bu gün isə mən bu butiki görəndə çox heyrətləndim və çox bəyəndim. Hətta dizaynı da çox gözəldi. Xoşuma gəldi, çox gözəl butikdi”.

Yüksək dəqiqliyə sahib “Longines” saatları müxtəlif beynəlxalq idman yarışlarının, Beynəlxalaq Gimnastika Birliyinin xronometri kimi uzun illərin təcrübəsini qazanmışdır. Longines 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları çərçivəsində atçılıq yarışlarına dəstək verəcək.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600