Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Məşhur diktor: “Hər kəs istəyirdi ki, onun kimi geyinsin, onun kimi…”

“Bu gün teleməkanda onun yeri çox görünür. Heyf ki, amansız xəstəlik onu vaxtsız aramızdan apardı”.

Bunu anım günü olan məşhur diktor Rafiq Hüseynovla bağlı danışarkən əməkdar artist Tamilla Ələkbərova Yenicag.az-a açıqlamasında deyib.

O, Rafiq Hüseynovu Azərbaycan dilinin qaydalaırını gözəl bilən, efir mədəniyyətinə sona qədər sadiq qalan bir diktor kimi dəyərləndirib:

“Rafiq Hüseynov müəllimlərin müəllimi idi. Bu gün onun yoxluğu teleməkanda hiss olunur. Baxırsan, bəzi diktorlar ləhcə ilə danışır, ədəbi dilin qaydalarına əməl etmir, dəvət etdikləri qonağa hörmətsizlik edirlər. Efir mədəniyyəti demək olar ki, yoxdur. Hansı ki, illər boyu keçmiş diktorlar, o cümlədən də Rafiq Hüseynov bu qaydalara riayət etmişik. Rafiq Azərbaycan dilini gözəl bilirdi və hər zaman yeni nəsil diktorlara ədəbi dilimizin gözəlliyini qoruyub saxlamağı tövsiyə edirdi. Rafiq Hüseynov gənclərə efirdə necə davranmağı, oturub-durmağı, danışıq mədəniyyətini öyrədirdi. Onun potensialı çox idi, heyf, sona qədər bu potensialından istifadə olunmadı. Özü də bunu biruzə vermədi. Xarici görünüşü kimi daxilən də zəngin insan idi. Hər kəs istəyirdi ki, onun kimi geyinsin, danışsın, efir mədəniyyətini gözləsin. Çox zarafatcıl adam idi. Zarafatının da yerini bilirdi, bir adam belə onun zarafatından incimirdi. Çox yaşasaydı, çox şey edə bilərdi. Amma amansız xəstəlik buna imkan vermədi”.

Cəvahir

www.yenicag.az

243
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100