Türkiyədə məşhur çıxışları ilə tanınan Cübbeli Ahmet Hoca adıyla tanınan Ahmet Mahmut Ünlü , ötən həftə verdiyi vaazda travestilərlə bağlı bir xatirəsini anladıb. Cübbəli Əhməd məsciddə bu mövzudan danışaraq, tərəfdarlarının təəccübünə səbəb olub.
Cübbəli , vaazı zamanı bir taksi şoferi ilə travesti arasında geçen diyaloqdan danışıb. Taksi şoferinin, avtomobilə bir travesti mindiyi görüncə, dinlədiyi Cübbəlinin çıxışını söndürüb. Bu zaman travesti taksi şoferinə “Niyə söndürürsən? Mən kafirəm? mən də bu xocanı çox sevirəm” deyə, etiraz edib. “Qadın qılığında da olsa, o da bir insan” deyən Cübbəli həmin taksi şoferi üçün isə bu cümlələri işlədib:
“İnsanları niyə aşağılayırsan, qardaşım? Sabah tövbə edər, səni də keçər, məni də. Sənin-mənim müsəlman öləcəyimi belə bəlli deyil. Travestidir, sərxoşdur, əyyaşdır deyə insanları qovma, təcrid etmə. Onları gözəl əxlaqa dəvət et. ”
Cübbəli Əhmədin bu videosu tanınmış ilahiyyatçı Nihat Hatipoğlu adına açılmış Youtube hesabından yüksəlib.
www.yenicag.az