Məşhur ekstrasens vəfat etdi-Foto
SSRİ-nin tanınmış ekstrasensi, astroloq, şair, rəssam və kino aktrisası Cuna Davitaşvili 65 yaşında Moskvada dünyasını dəyişib.
Axşam.az-ın “Ekspress” qəzetinə istinadən məlumatına görə, bu barədə aktyor Stanislav Sadalskiy sosial şəbəkədə yazıb: “Cuna iki gün komada qaldı, bu gün isə öldü. Mağazaya ərzaq almağa gedəndə qəflətən halı pisləşib. Artıq bədənində qanı hərəkət etmirdi, əlləri buz kimi idi. Cuna oğlunun ölümünə dözə bilməyib bu dünyadan köçdü”.
Qeyd edək ki, Rusiyanın məşhur baxıcısı olan Davitaşvilinin pasiyentləri arasında Leonid Brejnev, Robert de Niro, Marçello Mastroyanni, Andrey Tarkovskiy, Federiko Fellini kimi məşhurlar olub.
Cuna 2001-ci ildə 26 yaşlı oğlu Vahonun ölümündən sonra özünə qapanmışdı. Tez-tez oğlunun məzarını ziyarət edən ekstrasens elə onun yanında dəfn olunacaq.